XİN başçısının müavini: “Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi çox yaxşı nümunədir”

“Qarabağda atəşkəsə nəzarət üçün yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda vəziyyətin normallaşması istiqamətində həyata keçirilən fəaliyyətə çox yaxşı nümunədir”.

“QİA.AZ” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.

“Bu yaxınlarda bir sıra KİV-lər Türkiyənin guya Azərbaycanda hərbi hava bazaları inşa edəcəyi barədə xəbərlər yaydılar. Ancaq həmin məlumatlar tez bir zamanda “itdi”. Bu cür planlar Rusiyaya məlumdur? Biz Qarabağdakı münaqişəsinin yekununda Türkiyənin Cənub Qafqazda hərbi varlığının güclənməsindən qorxmuruq?” sualına cavabında nazir müavini deyib: “Biz Türkiyə ilə birlikdə yanvarın 30-dan Ağdamda hərbi istiqamətdə Dağlıq Qarabağda münaqişə zonasındakı atəşkəsə nəzarət üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi çərçivəsində birgə fəaliyyət göstəririk. Bu mərkəz regionda vəziyyətin normallaşması istiqamətində fəaliyyətə çox yaxşı nümunədir”.

“Rusiya bu dəfə ATƏT-in Minsk qrupu həmsədrləri institutuna müraciət etməyib, yalnız Azərbaycan və Ermənistanla birbaşa danışıqlar aparmaqla məhdudlaşaraq Dağlıq Qarabağda yeni bir müharibəyə son qoyulmasında əsas rol oynadı. Bununla əlaqədar olaraq, fikrinizcə, Minsk qrupu formatının hansı perspektivləri var?” sualını nazir müavini belə cavablandırıb:

“Minsk qrupunun həmsədrləri fəaliyyətlərini davam etdirməlidir. Onlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün baza prinsiplərinin hazırlanmasında vacib rol oynayıblar. Həmin prinsiplərin bir çoxu 2020-ci il noyabrın 9 (Bakı vaxtı ilə noyabrın 10-da – “Report”) qəbul edilən bəyanatda öz əksinin tapıb. Dağlıq Qarabağ ətrafında yerləşən bölgələrin Azərbaycana qaytarılması, qaçqınların qaytarılması, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanılması, təhlükəsizliyin təmin olunması, sülhməramlı əməliyyatı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası həmin məsələlərdəndir.

ATƏT-in Budapeşt sammitinin (1994) qərarlarına uyğun olaraq Minsk qrupu həmsədrlərinə həvalə olunan münaqişənin hərtərəfli siyasi həllinə nail olmaq vəzifəsi tələb kimi qalır. Üçlük güclü beynəlxalq dəstəyə malikdir. Bu, status məsələləri də daxil olmaqla sonrakı addımlara qarşılıqlı məqbul yanaşmaların hazırlanmasında faydalı ola bilər. Ancaq ehtiyatla, tələsmədən, vaxtı gələndə.

ATƏT-in Minsk qrupu, onun həmsədrləri ermənilərlə azərbaycanlılar arasında etimadın güclədirilməsi məsələlərində tədbirlər görülməsində fəal ola bilər. Vətəndaş cəmiyyəti çərçivəsində dialoqun inkişafı bölgədəki vəziyyətin ümumi yaxşılaşdırılmasına və siyasi yolda gələcək addımlar üçün ilkin şərtlərin yaradılmasına kömək edəcək”.

Oxşar Xəbərlər