Müharibəyə qatılan idman ictimaiyyəti nümayəndələrinin sayı məlum oldu

I və II Qarabağ müharibəsində iştirak etmiş idman ictimaiyyəti nümayəndələrinin sayı bəlli olub.

“QİA.AZ”ın məlumatına görə, I Qarabağ müharibəsinə idman ictimaiyyətindən 930 nəfər qatılıb. Onlardan 27-si yaralanıb, 48-i şəhid olub. 2 nəfər itkin düşüb, 6 şəxs isə Milli Qəhrəman adı alıb.

II Qarabağ müharibəsinə isə 986 şəxs qatılıb, onlardan 115-i yaralanıb, 319-u isə şəhidlik zirvəsinə ucalıb. 986 nəfərdən 4-ü idman jurnalistidir.

Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinin biri hərbi əməliyyatlar zamanı yaralanıb. 1 idmançı – Vəliəhəd Vəliyev isə erməni əsirliyindən qaytarılıb.

Oxşar Xəbərlər