Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində partlayıcı yüklənmiş avtomobilin partlaması nəticəsində 12 polis əməkdaşı yaralanıb.
“QİA” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen bildirib.
Sözçü hücumun səbəbinin məlum olmadığını bildirib. Hadisənin məsuliyyətini heç bir silahlı qruplaşma üzərinə götürməyib.