Ermənistanda Rixter cədvəli ilə 5 bala yaxın zəlzələ olub.
“QİA”-nın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, zəlzələnin episentri İrəvandan 12 kilometr məsafədə, yerin 2 kilomet dərinliyində qeyd alınıb.
Sakinlərin evlərini tərk etdiyi deyilir. Təkanlar bir neçə saniyə ərzində davam edib.
Hər hansı itki və ya fəsadlar barədə məlumat verilmir.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ