Ukraynadan Azərbaycana müntəzəm aviareyslər bu tarixdən bərpa ediləcək

“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir.

“QİA” bildirir ki, bu barədə aviaşirkətin internet səhifəsində məlumat verilib.

Qeyd edilib ki, aviadaşıyıcı yay mövsümü ilə bağlı uçuş proqramını yeniləyib. Proqrama əsasən, martın 28-dən Ukrayna paytaxtından Azərbaycana, Gürcüstana (Tbilisi) və Ermənistana (İrəvan) uçuşlar bərpa olunacaq.

Bundan başqa, aviaşirkət Böyük Britaniya (London), Fransa (Paris), Almaniya (Münhen), İtaliya (Milan), İspaniya (Barselona), BƏƏ (Dubay), Misir (Qahirə) və Türkiyə (İstanbul) istiqamətlərində də aviareysləri bərpa edəcək.

Oxşar Xəbərlər