Ötən gün baş verən cinayət və hadisələrin statistikası

Fev17,2021
Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

2021-ci il fevral ayının 16-da daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

 DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”-a verilən məlumata görə,          

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 33 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.   

– Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır.

Oxşar Xəbərlər