Gürcüstanın baş naziri vəzifəsinə namizəd sabah məlum olacaq

Fev18,2021
gürcüstan

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası baş nazir postuna namizədi sabah irəli sürəcək.

“QİA.AZ” xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, partiyanın Siyasi Şurasının sabah toplantısı keçiriləcək və hökumət başçısı vəzifəsinə namizədlə bağlı qərar qəbul olunacaq.

Qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Qaxariya bu gün istefa verib.

Oxşar Xəbərlər