Türkiyədə son sutkada koronavirusdan ölənlərin sayı açıqlanıb

Fev21,2021

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“QİA.AZ” Türkiyə KİV-ə istinadən xəbər verir ki, gün ərzində 77 nəfər COVID-19-dan həyatını itirib.

Sutkada 101 min 105 koronavirus testi aparılıb, onlardan 6 min 546-sı müsbət çıxıb.

Ağır xəstə sayı 1185-dir. 5002 nəfər müalicəsini tamamlayaraq, virusa qalib gəlməyi bacarıb. Bununla sağalanların ümumi sayı 2 milyon 523 min 760-a yüksəlib.

Oxşar Xəbərlər