Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub.
“QİA.AZ”ın məlumatına görə, hadisə şərti olaraq “Stansiya Mingəçevir” adlanan ərazidə qeydə alınıb. Belə ki, həmin ərazidə “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı “Mercedes” zərbənin təsirindən idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində xəsarət alanın olduğu bildirilir.