Qarlı havaya görə bəzi məktəblərdə dərslər təxirə salınıb

qarlı hava

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

“QİA.AZ” xəbər verir ki, bəzi məktəblər isə valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.

Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı hələlik Təhsil Nazirliyinin qərarı yoxdur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı deyilmişdi. Eyni zamanda şimal-qərb küləyinin 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı qeyd olunmuşdu. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacaq.

Oxşar Xəbərlər