ABŞ administrasiyası jurnalist Camal Qaşıqçının öldürülməsinə görə 76 Səudiyyə Ərəbistanı vətəndaşına qarşı viza sanksiyası tətbiq edib.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Blinkenin sözlərinə görə, ABŞ Dövlət Departamenti “Qaşıqçı qadağası” çərçivəsində xaricdəki dissidentləri təhdid edən 76 vətəndaşa qarşı viza məhdudiyyəti tətbiq edib.