Gürcüstan Rusiya buğdasından imtina edir

buğda

“Gürcüstan Rusiya buğdasını qismən Qazaxıstan buğdası ilə əvəzləyəcək”.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın gömrük rüsumlarını artırmasıdır: “Bu gündən etibarən Rusiyadan ixrac olunan buğdanın bir tonu üçün gömrük rüsumu 50 avroya qədər artırılıb. Rusiya buğda bazarında əsas oyunçudur və bu səbəbdən bu məhsul bütün ölkələr üçün bahalaşıb”.

L.Silaqava qeyd edib ki, hazırkı mərhələdə Gürcüstanın Rusiya buğdasından tam imtinası mümkün deyil.

Oxşar Xəbərlər