Uzun zaman sonra səhnəyə çıxırlar – Bir saatı 15 minə…

8 Mart

Tanınmış simalar bir illik fasilədən sonra səhnəyə qayıdır. Belə ki, bir çox müğənninin 8 Martda restoranlarda çıxışı gözlənilir. Onlar bununla bağlı öz instaqram səhifələrində məlumat paylaşır, bir neçə gün sonra tamaşaçıları ilə görüşəcəklərinin anonsunu edirlər.

“QİA.AZ” xəbər verir ki, onlar Xalq artistləri Aygün Kazımova, Miri Yusif, müğənnilər Natavan Həbibi, Səidə Sultan, Rəsul Əfəndiyev, Günay İbrahimli, Zamiq Hüseynov, Niyam Salami və başqalarıdır.

Pop ulduz Aygün Kazımova Bakının tanınmış restoranlarının birində çıxış edəcək. Bir saat səhnədə olacaq ifaçı 15 min manat qonorar əldə edəcək.

Səidə Sultan isə 8 Mart tarixində 5 fərqli restoranda 30 dəqiqəlik çıxış edəcək və hər bir məkandan 2 min manat pul alacaq.

Miri Yusif də həmin gün üçün Türkiyədən Vətənə gələcək, yüksək məbləğdə qonorar qarşılığında səhnəyə çıxacaq.

DJ Roşka 35 dəqiqə davam edəcək çıxışı üçün 2 min, müğənni Nərmin Kərimbəyova 1000 AZN qonorar alacaq.

Nura Suri Beynəlxalq Qadınlar Günü səhnəyə çıxmağı planlaşdırsa da, daha sonra təxirə salıb.

Niyam Salami öz restoranında tamaşaçıları salamlayacaq.

Rəsul Əfəndiyev irəli sürülən 4 təklifdən yalnız birini qəbul edib, yarım saatlıq çıxış üçün 3 min AZN tələb edib.

Oxşar Xəbərlər