“Nyu England” Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “səssiz” aksiya keçirilib.
Azərbayan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Harvard meydanında baş tutan etiraz aksiyasında Azərbaycan icmalarının Boston şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak ediblər. Aksiya iştirakçılarının əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotofaktlar və məlumatlar nümayiş olnub. Plakatlardakı şəkillər “Xocalıya ədalət!”, “Səssiz qalma!” şüarları, “Xocalı soyqırımı Ermənistan tərəfindən törədilib”, “Təxirə salınmış ədalət məhkəməsi ədalətdən imtina deməkdir” başlıqları ilə təqdim olunub.