Daxili İşlər Nazirliyi 2021-ci il mart ayının 2-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.
DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə,
– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb.
– Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
– Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.