Hazırda Ermənistan parlament binasının qarşısında müxalifətin etiraz aksiyası keçirilir. Baş nazir Nikol Paşinyanın bir azdan parlament binasına gələcəyi gözlənilir.
“QİA.AZ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polis parlamentin həyətində işıq-səs bombası, parlament binasında isə snayperlər yerləşdirib. Quraşdırılan qumbaralar “Plamya-2” stasionar işıq və səs bombalarına bənzəyir.
Bildirilib ki, sözügedən qumbaralar cinayətkara psixofizioloji təsir göstərmək, silahlı cinayətkarları tutmaq və iğtişaşları yatırmaq üçün xüsusi əməliyyatlarda istifadə olunur. Qumbara tamamilə odsuz və qəlpəsizdir.