Nazirlikdən koronavirus əleyhinə vaksindən imtina edənlərə çağırış

vaksin

Səhiyyə Nazirliyi bəzi insanların vaksindən imtina etmələri ilə bağlı məsələyə münasibət bildirib.

“QİA.AZ” xəbər verir ki, nazirliyin COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə peyvəndin infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu olduğunu vurğulayıb.

O qeyd edib ki, hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir: “Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir.(iştiraka dəvət edirik) Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq”.

“Vətəndaşları etibarlı mənbələrə – rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur. Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür”.

Qeyd edək ki, yanvar ayının 18-dən başlanan peyvəndləmə dövlət hesabına və könüllü həyata keçirilir.

Oxşar Xəbərlər