Xaçmaz sakinində silah-sursat aşkarlanıb

silah

Xaçmaz rayon sakinindən silah-sursat götürülüb.

Bu barədə “QİA.AZ” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini N.Əliyevin yaşadığı evə baxış zamanı oradan “AK-74” markalı avtomat silahı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Oxşar Xəbərlər