Azərbaycana idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 3 il aksiz vergisindən azad edilib.
QİA.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, vergidən azadetmə 2021-ci il yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.