“Veysəloğlu” şirkətində yeyinti aşkarlanıb

Mar12,2021 #Veysəloğlu
pul

Məşhur “Veysəloğlu” şirkətinin satış təmsilçilərinin xeyli miqdarda pul mənimsədiyi aşkar olunub.

“QİA.az”ın verdiyi xəbərə görə, şirkət özü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Daxili yoxlama zamanı müəyyən olunub ki, satış təmsilçisi Amur Məmmədov 2018-ci ilin yanvarında 8300 manat, Sərxan Tağıyev 2020-ci ilin mayında 10 min manatdan çox, Röyal Hüseynov isə ötən ilin avqustunda 18 min manatdan çox pulu mənimsəyib.

Şirkət rəhbərliyi bu iddia ilə hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslər barəsində zəruri addımların atılmasını tələb edib. Hazırda bu müraciətlə bağlı araşdırma aparılır.

QİA.az

Oxşar Xəbərlər