Azərbaycan idmançıları bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək

Azərbaycan milli komandası bədii gimnastika üzrə 37-ci Avropa çempionatında iştirak edəcək.

QİA.AZ-ın Avropa Gimnastika Federasiyasına istinadən məlumatına görə, çempionat iyunun 9-dan 13-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək.

İlkin siyahıya əsasən, Azərbaycanı yarışda 14 idmançı təmsil edəcək. Böyüklər arasında 8, gənclər arasında 6 gimnast yer alacaq.

Çempionatda 40 ölkədən 350-dən çox gimnast iştirak edə bilər.

Oxşar Xəbərlər