Ermənistanda son sutkada daha 486 nəfər COVID-19-a yoluxub.
“QİA.az” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 178 385-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 255-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 837 nəfərdir. İndiyədək 166 180 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 8 113 aktiv koronavirus xəstəsi var.