Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.
“QİA.AZ” xəbər verir ki, yoluxmanın 54,4%-i Bakının payına düşür.
Sonrakı yerlərdə – Abşeron 14,1%, Aranda 10,7 %, Gəncə-Qazax 7,0 %, Lənkəran 4,0 %, Şəki-Zaqatala 3,2 %, Quba-Xaçmaz 2,9 %, Dağlıq Şirvan 1,8 %, Yuxarı Qarabağ 1,1 %, Naxçıvan 0,07 %.
Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub.
Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,6%) qeydə alınıb. Sonrakı yerdə 12,8%-lə Xətai, 11,5%-lə Yasamal, 11,4%-lə Sabunçu, 8.4%-lə Nəsimi, 8,2%-lə Suraxanı, 7,3%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,5%-lə Qaradağ, 6,2%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə 63 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 049nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib, aktiv xəstə sayı 14875nəfərdir.