Teymur Rəcəbov Şəhriyar Məmmədyarov

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü – “Meltvater” turnirində dörddəbir finala vəsiqə qazanan şahmatçıların adları müəyyənləşib.

“QİA.az” xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov turnirdə çıxışlarını dayandırıblar. Belə ki, Teymur Rəcəbov son iki turda rusiyalı Yan Nepomnyaşi ilə xalı yarı bölüb, rusiyalı Sergey Karyakinə isə məğlub olub.

Şahmatçımız, nəticədə 7 xalla 10-cu olub. Son iki turda Argentina şahmatçısı Alan Piçot və amerikalı Uesli So ilə oyunlarında bərabərlik qeydə alınan Şəhriyar Məmmədyarov isə yekun nəticəyə görə, 6,5 xalla 11-ci yerdə qərarlaşıb.

Turnir martın 21-dək davam edəcək.

QİA.az

Oxşar Xəbərlər