Millət vəkili qiymətlərin qalxmasından şikayətlənib

Fazil Mustafa

“Görülən müsbət işlər var. Ancaq görüləcək işlər daha çoxdur. Buna baxmayaraq, əvvəlki illərdən fərqli olaraq, hesabatın qəbul olunmasına səs verəcəm”.

“QİA.az”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, hesabatda qeyd olunduğu kimi, Azərbaycan postpandemiya və postkarantin dövründə yeni mərhələyə qədəm qoymasını nəzərə alaraq, bu gün hökumətin buraxdığı boşluqlara da toxunacaq: “İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı təkliflər hazırlanıb. Ancaq sual odur ki, bu təkliflər hazırlanarkən həmin bölgələri təmsil edən deputatların təklifləri nəzərə alınıbmı? Bu təkliflər müzakirə ediləcəkmi? Biz çox vaxt bu məsələləri hamılıqla müzakirə etmədiyimizə görə ciddi səhvlərə yol vermişik”.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər