Əfqanıstanda xüsusi təyinatlı hərbi dəstəyə məxsus helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.
“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Rusiya istehsalı olan “Mi-17” helikopteri Əfqanıstanın Vardak əyalətinin Behsud dairəsində qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterin göyərtəsindəki 9 xüsusi təyinatlı hərbçi ölüb.
Qəzanın səbəbi araşdırılır.
QİA.az