Hikmət Hacıyev: “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi ciddi şəkildə pislənməlidir”

Hikmət Hacıyev

Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir.

“QİA.az”ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması fərq qoymadan insanları öldürür, iqtisadiyyata və ətraf mühitə ciddi ziyan vurur:

“Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir. Ermənistanın bu məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir”.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər