DTX-də işçilərin ştat sayının həddində dəyişiklik edilib – FƏRMAN

Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və DTX-nin sisteminə işə götürülən işçilərin ştat sayının həddində dəyişiklik edilib.

“QİA.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Həmçinin fərmanla DTX-də ali hərbi rütbəli vəzifələrin siyahısında da dəyişiklik olunub.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

QİA.az

Oxşar Xəbərlər