Rusiyanın ABŞ-da səfiri məsləhətləşmək üçün Moskvaya gəlir

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xidməti avtomobili ilə Vaşinqtondakı diplomatik missiyanın ərazisini tərk edib və Nyu-Yorka yola düşüb. Bu barədə QİA.AZ TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, səfir Nyu-Yorkdan məsələhətləşmək üçün Moskvaya yola düşəcək.

Daha əvvəl Rusiyanın ABŞ-dakı diplomatik missiyası Antonovun bu gün təyyarə ilə Moskvaya uçacağı barədə bəyanat yayıb. Diplomat Rusiya-Amerika münasibətlərinin sonrakı istiqaməti üzrə məsəhətləşmə üçün Moskvaya dəvət edilib.

Rusiyanın Xarici İşlər Nazirliyində vurğulayıblar ki, yeni tarixdə hələ ölkənin ABŞ-dakı səfiri konsultasiya üçün Moskvaya dəvət olunmayıb.

ABŞ prezidenti Cozef Bayden martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.

Oxşar Xəbərlər