Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda zəlzələ qeydə alınıb.
“QİA.az” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:50-də 4,6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 8,3 kilometr dətinlikdə yerləşib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ