Sloveniyalı futbolçular Azərbaycanla oyundan danışdılar

Sloveniyalı futbolçular Azərbaycanla oyundan danışdılar

“Niyə burada olduğumuzu yaxşı bilirik. İki oyun qrupdakı taleyimizi həll edəcək. Həmin matçlarda bacardığımız qədər çox xal toplamaq və ilk pilləyə yüksəlmək üçün əlimizdən gələni etməliyik”.

“QIA.AZ”məlumatına görə, bu fikirləri Sloveniya yığmasının futbolçusu Amedey Vetrix “rtvslo.si” saytına açıqlamasında UEFA Millətlər Liqasında Kosovo və Yunanıstanla keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, noyabrın 11-də Azərbaycan millisi ilə yoldaşlıq matçı rəsmi görüşlərə hazırlıq xarakteri daşıyacaq: “Bu matça boşluqları görmək, mövqeləri gücləndirmək və əvvəlki qarşılaşmalarda göstərdiyimiz müsbət dinamikanı davam etdirmək üçün çıxacağıq. Hər şeyə nikbin yanaşmalıyıq. Çünki yaxşı komandamız var. Bunu daha əvvəl sübut etmişik. Yenidən yüksək səviyyədə oynamalıyıq”.

Koronavirusdan yenicə sağalan Sloveniya yığmasının digər yarımmüdafiəçisi Nino Kouter isə komandanın yaxşı vəziyyətdə olduğunu söyləyib: “Qarşıda Azərbaycanla yoldaşlıq oyunumuz var. Daha sonra 6 xal qazanmalı olduğumuz iki vacib matça çıxacağıq”.

Qeyd edək ki, Sloveniya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək. Rəqib noyabrın 15-də Millətlər Liqasında Kosovonu qəbul edəcək, 3 gün sonra isə Yunanıstanın qonağı olacaq.

Oxşar Xəbərlər