Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
QİA.AZ xəbər verir ki, bu barədə “Joxovurd” bildirib.
Məlumata görə, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb.
Qəzet bu informasiyanı Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, ancaq o cavabında bildirib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.
Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bu onlar arasında ikinci görüş olacaq.
44 günlük döyüşlərdən sonra birinci dəfə onlar yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.