Bitcoin 400 min dollara qədər bahalaşa bilər

Mar28,2021 #Bitcoin

“Bloomberg İntelligence” araşdırma şirkətinin analitiki Mayk Makqloun bitcoinin builki qiyməti ilə bağlı proqnozlarını açıqlayıb.

Bu barədə “QİA.az” “RBK”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, kriptovalyutanın qiyməti 400 min ABŞ dollarına qədər bahalaşa bilər. Mütəxəssis, mövcud bazarın vəziyyətini bitcoinin rekord məbləğdə satıldığı 2013 və 2017-ci illərdəki iqtisadi vəziyyətlə müqayisə edib.

“Fikrimizcə, 2021-ci ildə bir sıçrayış, bitcoini risksiz aktivə çevirə bilər”.

Qeyd edək ki, hazırda ən geniş yayılmış kriptovalyuta 56 388 ABŞ dollarına satılır.

Oxşar Xəbərlər