Mərakeş Fransa və İspaniya ilə uçuşlarını dayandırdı

Mar29,2021

Mərakeş hakimiyyəti koronavirus pandemiyasının yayılması ilə mübarizə çərçivəsində Fransa və İspaniya ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib.

QİA.AZ-ın məlumatına görə, bu barədə “Le360” informasiya portalı hakimiyyət strukturlarındakı mənbələrə istinadən bildirib.

Mərakeşdən Fransa, İspaniyaya və əks istiqamətdə sərnişin təyyarələrinin uçuşları martın 30-dan gələcək məlumat verilənə qədər dayandırılacaq.

Portalda bundan əvvvəl bildirilib ki, krallığın hakimiyyəti yeni koronavirus növlərinin yaranması və yayılmasına görə narahatdır.

Oxşar Xəbərlər