Braziliya prezidenti 6 naziri istefaya göndərib

jair

Braziliya Prezidenti Jair Bolsonaru hökumətdə genişmiqyaslı dəyişikliklər edib.

“QİA.az” “dw”yə istinadən xəbər verir ki, prezident 6 naziri istefaya göndərib.

Onların arasında xarici işlər naziri Ernestu Arauju da var. O, ölkəyə COVID-19-a qarşı əlavə vaksinin tədarükünü təmin edə bilmədiyi üçün deputatlar tərəfindən kəskin tənqid olunmuşdu. Karlos Albertu Franku Braziliyanın yeni xarici işlər naziri təyin edilib.

Müdafiə naziri Fernandu Azevedu-i-Silva da istefaya göndərilib. Onu prezident administrasiyasının başçısı Uolter Braqa Nettu əvəzləyib.

Braziliyanın ədliyyə və ictimai təhlüksizlik naziri və baş prokuoru da istefaya göndərilib.

Oxşar Xəbərlər