Almaniyada qanunsuz yaşayan 50-ə yaxın Azərbaycan vətəndaşının deportasiyası gözlənilir.
“QİA.az”ın yerli miqrasiya idarələrindən əldə etdiyi məlumata görə, onlar uzun müddət miqrasiya orqanlarına kimlikləri ilə bağlı düzgün məlumat verməyən və sığınacaq müraciəti rədd edilən şəxslərdir.
İndi onlar yaşayış yerlərindən polis və miqrasiya idarəsinin müşayiəti ilə Münhen şəhər hava limanının yaxınlığında yerləşən, deportasiya ediləcək şəxslər üçün nəzərdə tutulan yataqxanaya gətiriliblər. Onlardan 14-ü bir ailənin üzvləridirlər.
Azərbaycan vətəndaşlarının deportasiyasının bu gün Münhendən Bakıya birbaşa çarter reysi ilə baş tutacağı gözlənilir.
Deportasiyası planlaşdırılan şəxslər artıq koronavirus testindən keçiblər.
QİA.az