Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq

Növbəti həftədən yaşdan asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunmağa başlayacaq.

QİA.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hazırda 40 yaşdan yuxarı insanlar vaksinasiya olunur:
“Amma hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsə vaksinlərin vurulmasına başlanılacaq. İnanırıq ki, növbəti tədris ilindən ənənəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür”.

E.Əmrullayev əlavə edib ki, nazirlik yoluxma sayı azaldıqda ənənəvi tədrisə keçirilməsinin tərəfdarıdır: “Biz bunu istəyirik. Amma insanların sağlamlığı daha vacibdir. Eyni zamanda, səhiyyə müəssisələrinin üzərinə düşən yükü də nəzərə almalıyıq”.

Oxşar Xəbərlər