IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “QİA.az”a verilən Bu gün Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Dövlət Gömrük Komitəsinin əməkdaşları da qoşulub. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 2 hektar ərazidə 1600-dən artıq müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ