Gürcüstanın yeni maliyyə naziri Laşa Xutsişvili Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük-keçid məntəqəsinə baş çəkib.
“QİA.az” xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyindən bildirilib.
Nazir Gömrük Xidmətinin rəisi Levan Kakava ilə məntəqədəki şərait və iş rejimi ilə tanış olub.
L.Xutsişvili gömrükçülərə vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə minnətdarlıq edib: “Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” gömrük-keçid məntəqəsi pandemiya şəraitinə baxmayaraq, 24 saat ərzində fəaliyyət göstərir. Gürcüstan ərazisində beynəlxalq yüklərin emalı və rəsmiləşdirilməsi həyata keçirilir. Biz gömrükçülərimizə fəaliyyətlərinə görə təşəkkür edirik”.
L.Xutsişvili aprelin 1-də maliyyə naziri təyin olunub. O, bu vəzifədə istefa verən İvane Maçavarianini əvəzləyib.
QİA.az