Xaçmaz rayonu üzrə bu günə kimi 20 mindən çox şəxsə vaksin vurulub

Apr5,2021

Xaçmaz rayonunda bu günə kmi 20 mindən çox şəxsə vaksin vurulub.

Bunu QİA.AZ-a Xaçmaz rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, vətəndaşlar arasında vaksinasiyaya maraq yüksəkdir: “Yanvar ayının 18-dən bu günə kimi rayon üzrə 20 mindən çox şəxsə peyvənd vurulub. Hazırda rayon üzrə 40 yaşdan yuxarı şəxslərin, o cümlədən, ikinci doza vaksinasiyası prosesi aparılır”.

Xəstəxanadan bildirilib ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb: “Yalnız iki şəxsdə psixoloji gərginlik yaranıb. Onları da qısa müddət nəzarətdə saxladıqdan sonra evə buraxmışıq”.

Qeyd edək ki, bu günə qədər ümumilikdə ölkə ərazisində 947 947 nəfər vaksinasiyadan keçib.

Oxşar Xəbərlər