Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 8-də Levice şəhərindəki idman zalında Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün səfərə çıxıb.
“QİA.az”ın məlumatına görə, Bakı-İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi şəhərə avtobusla yollanacaq. Levice şəhərindəki “Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinha və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək. Buna görə də Joze Alesio Da Silva 3-ü qapıçı olmaqla bu matçda 12 futzalçının xidmətindən istifadə edəcək. Yüngül zədəsi olan Amir Şojaei baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnən Bolinha və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir. Millinin səfər oyunu üçün heyətini diqqətinizə çatdırırıq. Qeyd edək ki, qarşılaşma aprelin 8-də, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
N | Ad və soyad | Klub |
1 | Rövşən Hüseynli | Araz-Naxçıvan |
2 | Emin Kürdov | EKOL |
3 | Cavad Məmmədov | Neftçi İK |
4 | Xətai Bağırov | Araz-Naxçıvan |
5 | Rizvan Fərzəliyev | Araz-Naxçıvan |
6 | Fineo De Araujo | Araz-Naxçıvan |
7 | İsa Atayev | Araz-Naxçıvan |
8 | Amir Şojaei | Araz-Naxçıvan |
9 | Ramiz Çovdarov | Araz-Naxçıvan |
10 | Tofiq Mikayılov | EKOL |
11 | Eduardo Borges | ACCSS FUTSAL (Fransa) |
12 | Everton Kardoso | Levante (İspaniya) |