Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir.
Müdafiə Nazirliyindən “QİA.az”a verilən məlumata görə, hərbi qulluqçularla keçirilən tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin və sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilir.
Keçirilən praktiki tədbirlərdə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuların psixoloji reabilitasiyası, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması məsələləri də diqqət mərkəzindədir.
Tədbirlər çərçivəsində sosial-psixoloji testlər keçirilir, fərdi qaydada söhbətlər aparılır, komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər təşkil olunur və metodiki tövsiyələr verilir.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ