ABŞ-da koronavirusun Britaniya ştammı geniş yayılır

Apr8,2021

ABŞ-da aparılan tədqiqatlara görə, hazırda koronavirusun Britaniya ştammı ölkədə daha geniş yayılıb.

“QİA.az” CNN-ə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) direktoru Roçel Valenski Ağ Evdəki brifinqdə bildirib.

O deyib ki, son məlumata görə B.1.1.7 varianta hazırda 16 275 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniyanın səhiyyə naziri Matt Hankok ölkədə koronavirusun daha tez yoluxan mutasiya olunmuş yeni variantın aşkarlandığını açıqlamışdı.

QİA.az

Oxşar Xəbərlər