Daha 7 müəssisəyə Rusiyaya pomidor ixrac etməyə icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) aprelin 9-dan etibarən daha 7 Azərbaycan müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

“QİA.az”ın “Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər