Bəxtiyar Əsgərov Fransa səfiri ilə görüşüb -FOTO

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Fransanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Zakari Qrosla görüşüb.

Bu barədə “QİA.az”a Nümayəndəlikdən məlumat verilib.

Görüşdə iki ölkə arasındakı münasibətlər, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, arxeologiya, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət sahələrində əlaqələr, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər