ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub

ABŞ və Rusiya prezidentləri – Cozef Bayden və Vladimir Putin arasında telefon danışığı olub.

QİA.AZ xəbər verir ki, bu barədə Ağ Evdən bildiriblər.

Prezident C.Bayden telefon danışığı zamanı rusiyalı həmkarı V.Putini başqa bir ölkədə sammit keçirməyə dəvət edib.

“Prezident Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə sabit və proqnozlaşdırılan əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib, ABŞ və Rusiyanın qarşısında duran bütün məsələləri müzakirə etmək üçün qarşıdakı aylarda üçüncü ölkədə sammit keçirməyi təklif edib”, – məlumatda deyilir.

Bayden Putinlə telefon danışığında həmçinin silahlara nəzarət üzrə dialoqu davam etdirmək niyyətini də müzakirə edib.

Oxşar Xəbərlər