Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycanın sərbəst güləş üzrə əməkdar məşqçisi, SSRİ idman ustası Qiyas Məsimov 71 yaşında vəfat edib

Bu barədə QİA.AZ-a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musayev məlumat verib.

Onun sözlərinə görə, Məsimov böyrək çatışmazlığından əziyyət çəkirdi.

Qeyd edək ki, Qiyas Məsimov son olaraq Abşeron rayonu Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Oxşar Xəbərlər