İtkin düşən qadın Türkiyəyə işləmək üçün gedibmiş

Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən, daha sonra Türkiyədə olduğu müəyyənləşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızından xəbər var.

“QİA.az” xəbər verir ki, bu barədə onun bacısı məlumat yayıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında bacısı onlara telefonla zəng edərək danışıb və ailəsini tərk etməsinin səbəblərini açıqlayıb.

Məlum olub ki, C.Əliyeva Türkiyədə yaşayan rəfiqəsinin vasitəsi ilə işləmək üçün bu ölkəyə gedib:

“Məsələnin dəqiqliyini müəyyənləşdirmək üçün qohum və tanışlar onun olduğu yeri gedib görüblər. Yəni, keçirdiyimiz narahatlıqlar əsassız imiş”.

Qeyd edək ki, aprelin əvvəlində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşdüyü barədə məlumatlar yayılıb. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən qadının itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, C.Əliyeva aprelin 1-də Türkiyəyə gedib.

Oxşar Xəbərlər