Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən, “QİA.az”a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-22, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 17-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ