Sankt-Peterburqda Ukraynanın konsulu saxlanılıb. QİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyuk RF vətəndaşı olan bir şəxslə ilə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumat alarkən saxlanılıb. “Xarici diplomata qarşı beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək”, – deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunub.